Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində əmək...
19:41 26.11.2026
0
0
0
Noyabrın 14-də Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında 1 nəfərin ölümü, 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
"Şərq qapısı" xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi kapitan 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib, 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.
Qəzaya düşənlərin hər üçü də qazidir.
Digər xəbərlər