NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 26,2 faiz artıb

...

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 99 yeni icarə müqaviləsi bağlanılıb.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, bunlardan 68-i qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. 93 icarə müqaviləsinin müddəti uzadılıb.

Yanvar-may ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən, ümumilikdə, 357 min manata yaxın vəsait ödənilib. Ötən beş ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artıb.

Nəşr edilib : 24.06.2026 10:32