NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 70 faiz artıb

...

"Şərq qapısı" xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində olan əmlakların icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan dövrdə 222 yeni icarə müqaviləsi 
159 müqavilənin müddəti uzadılıb.
Cari ilin 10 ayı ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 274 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 297 min manat olmaqla, ümumilikdə,
571 min manat vəsait ödənilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə icarəyə verilmiş dövlət əmlakları üzrə daxilolmalarda 70 faiz artım deməkdir.

Nəşr edilib : 18.11.2025 09:55