Şərur rayonunda dolu hadisəsi qeydə alınıb
18:12 13.05.2026
0
0
0
NAXÇIVAN :
13 May 2026, Çərşənbə
Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanından irəli gələn tapşırıqların icrası, həmçinin mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılmasının elektron qaydada həyata keçirilməsinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikasının dövlət orqanları üçün təlimlərə start verilib. Təlimlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilir.
Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərin açılışında Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək həyata keçirilən yeniliklərin dövlət satınalmalarının daha şəffaf, operativ və səmərəli təşkilinə mühüm töhfə verəcəyini bildirib, təlimlərin əhəmiyyətini diqqətə çatdırıb.
Üç gün davam edəcək təlimlərdə dövlət orqanlarının satınalma prosesində iştirak edən əməkdaşları iştirak edirlər.
Təlim zamanı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminə (RDMİS) daxil olan “e-müqavilə” altsisteminin tətbiqi, dövlət satınalmaları üzrə müqavilələrin elektron qaydada hazırlanması, bağlanılması və göndərilməsi mexanizmləri barədə ətraflı məlumat verilir, iştirakçıların sualları cavablandırılır.
Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bu yanaşma müqavilə, uçot və ödəniş proseslərinin vahid platformada idarə olunmasını təmin etməklə dövlət vəsaitlərinin daha şəffaf və operativ izlənilməsinə imkan yaradacaq.
Digər xəbərlər