Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
“Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublika əhalisinin 50,1%-ni qadınlar təşkil edir. Komitə sədrinin sözlərinə görə, təhsil sahəsində işləyənlərin 70%-i, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 80%-i, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların isə 62%-i qadınlardır.
Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 36%-ni qadınlar təşkil edir. Eyni zamanda muxtar respublikadan 1 qadın deputat Azərbaycan Respublikası Milli Məclisinə seçilmişdir.
Ramilə Seyidova qeyd edib ki, hazırda bələdiyyə üzvlərinin 182 nəfərini qadınlar təşkil edir.
Digər xəbərlər