NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda əsas kapitala 118 milyon manatdan çox vəsait yönəldilib

...

Cari ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon 423 min 900 manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da bir il öncəki göstəricidən 45,9 faiz çoxdur.

Əsas kapitala vəsait qoyuluşunun 88 milyon 214 min 600 manatı və ya 74,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,2 faiz çoxdur.

Nəşr edilib : 13.08.2025 17:48