Respublika üzrə aprel ayının pensiya ödənişləri ye...
18:16 21.04.2026
0
0
0
Naxçıvan Təlim Mərkəzində gənclərin iştirakı ilə “Hədəf-2026" təlimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında reallaşan təlimdə onlayn qeydiyyatdan keçmiş 40 gənc iştirak edib.
Təlim başlanmazdan öncə nazirliyin şöbə müdiri İlhahə Haqverdiyeva tədbirin əhəmiyyətindən danışıb, “Hədəf” və bu cür layihələrin gənclərin hərb peşəsinə marağının yüksəlməsi, onların vətənpərvərlik ruhunda formalaşması, özünümüdafiə və yeni bacarıqlara yiyələnmələri baxımından önəmli rola malik olduğunu diqqətə çatdırıb.
Təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verildikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Bu mərhələdə patronların darağa doldurulması və boşaldılması, silahların texniki xüsusiyyətləri, natamam sökülüb-yığılması, əl qumbaralarından istifadə və digər zəruri proseslər iştirakçılara izah olunub, atəş tapşırığı simulyasiya edilib. Gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan 100 metr məsafədən hədəfə doğru atışlar icra ediblər. Fərqlənən iştirakçılar diplomla təltif olunublar.
Digər xəbərlər