Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasınd...
22:51 12.08.2026
0
0
0
22 iyul – Milli mətbuat günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə könüllü gənclərin “Şərq qapısı” qəzetinə ekskursiyası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Media ilə bir gün” layihəsi çərçivəsində keçirilən ekskursiyada nazirliyin əməkdaşı Emil Səmədov layihənin məqsədi barədə məlumat verərək bildirib ki, təşəbbüs gənclərdə media sahəsinə marağın artırılması, jurnalist peşəsi və xəbərin hazırlanması prosesi haqqında biliklərin genişləndirilməsinə xidmət edir. O, Milli mətbuat günü münasibətilə “Şərq qapısı” qəzetinin kollektivini təbrik edib, gənclər və idman siyasətinin işıqlandırılmasına görə təşəkkürünü bildirib.
Daha sonra qəzetin əməkdaşı, Texniki yaradıcılıq bölməsinin müdiri Məhəbbət Mirzəyeva redaksiyanın fəaliyyəti, “Şərq qapısı”nın milli mətbuat tarixindəki yeri və zəngin ənənələri barədə məlumat verib.
Ekskursiya zamanı könüllülər redaksiyanın iş prosesi ilə yaxından tanış olub, əməkdaşlarla görüşərək onları maraqlandıran suallara cavab alıblar.
Sonda gənclərin hazırladığı “Şərq qapısı” loqolu rəsm əsəri redaksiyaya hədiyyə edilib, xatirə şəkli çəkdirilib.
Digər xəbərlər