NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvanda I Minifutbol Kuboku keçiriləcək

...

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Naxçıvan Muxtar Respublikasının I Minifutbol Kuboku” uğrunda turnir keçiriləcək. Turnirin iyul-sentyabr 2026-cı il tarixlərini əhatə etməsi nəzərdə tutulur. Yarışda iştirak etmək istəyən komandalar qeydiyyatdan keçmək üçün Naxçıvan Futbol Federasiyasına müraciət edə bilərlər. Turnirin oyun formatı, püşkatma və digər təşkilati məsələlərlə bağlı ətraflı məlumat qeydiyyatdan keçmiş komandalara təqdim olunacaq.

Nəşr edilib : 25.06.2026 11:01