İyulun 13-nə olan hava proqnozu açıqlanıb
13:13 12.07.2026
0
0
0
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi (ikinci cəhd) keçirilir. Həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan (ikinci cəhd) də təşkil olunacaq.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 4 binada keçirilən imtahanlara, ümumilikdə, 968 abituriyentin buraxılması nəzərdə tutulub. İmtahanın idarə olunmasına 12 rəhbər, 101 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.
Qeyd edək ki, coğrafiya imtahanının müddəti 1 saatdır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər