Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İctimai inkişafın aspektləri” mövzusunda ustad dərsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Şərq qapısı”na bildirilib ki, komitə sədrinin müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda qadınların ictimai-siyasi və sosial-mədəni həyata fəal cəlb olunması daim diqqət mərkəzində saxlanılır.
Daha sonra Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin sədri Gülbəniz Qənbərova çıxış edərək bildirib ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi “Aqrosahibkar qadınlarla iş” layihəsini Naxçıvanda yeni fəaliyyətlərlə davam etdirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir və məqsədi “Qadın Özünəkömək Qrupu” modelinə əsaslanan kollektiv qadın bizneslərinin təbliği, kənd yerlərində yaşayan qadınların sahibkarlıq vasitəsilə cəmiyyətə inteqrasiyası, onların iqtisadi gəlirlərinin artırılması və ailə büdcəsinə dəstəyin gücləndirilməsi, həmçinin kənd qadınlarında özünəinam hissinin formalaşdırılmasına töhfə verməkdən ibarətdir.
Qeyd olunub ki, Naxçıvanda ilk Qadın Kooperativinin yaradılması, təşkilatlanaraq hüquqi status alması “Aqrosahibkar qadınlarla iş” layihəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Layihənin icra qrafikinə uyğun olaraq məqsəd ictimai inkişaf sahəsində çalışan gənclərin və sosial iş ixtisası üzrə təhsil alan tələbələrin kollektivləşmə, şəbəkələşmə və özünəkömək kimi sosial dəyərlərin praktik nəticələri ilə tanış olması, eləcə də onların regionda fəaliyyət göstərəcək Qadın Kooperativlərinin inkişafında peşəkar kadrlar kimi iştirakına nail olmaqdan ibarət olub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sorğu keçirilib.
Digər xəbərlər