NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda "İqtisadi artım üzrə Alt İşçi qrupu"nun iclası keçirilib

...

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə  yaradılmış  “İqtisadi artım üzrə Alt İşçi qrupu”nun iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Alt İşçi qrupun rəhbəri Kazım Hüseynəliyev çıxış edərək “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə  yaradılmış  “İqtisadi artım üzrə Alt İşçi qrupu”nun öz fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb. 

Nazir sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə Naxçıvanda iqtisadi artımın təşviqi istiqamətində həyata keçiriləcək tədbirlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

İclas çərçivəsində 2027-2030-cu illərdə muxtar respublikada iqtisadi artım sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.

İclas zamanı işçi qrupunun üzvləri tərəfindən sözügedən istiqamətlər üzrə təkliflər və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, müzakirələrin növbəti iclasda davam etdirilməsinə dair razılıq əldə olunub.

Nəşr edilib : 15.10.2025 16:04