NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda istehlakçılara 3,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

...

Naxçıvanda indiyədək “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 3,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu ilin yanvar-iyul aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 23 faiz artaraq 984,8 min manat olub.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ilin yanvar-iyul aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 274 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.

Nəşr edilib : 12.08.2025 10:45