İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qru...
16:36 21.04.2026
0
0
0
Bu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,6 milyon manatdan çox olub.
Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb.
2025-ci ilin 9 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 364,1 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69,3 milyon manat və ya 23,5 faiz çoxdur.
Digər xəbərlər