NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda ixrac potensialı artıb

...

2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sahibkarları beynəlxalq bazarlarda fəal iştiraklarını davam etdiriblər. Hesabat dövründə ixrac imkanlarını genişləndirmək və yerli məhsulların tanıdılmasını təmin etmək məqsədilə sahibkarlar 7-si biznes-forum, 6-sı sərgi və 1-i konfrans olmaqla, ümumilikdə, 14 beynəlxalq tədbirdə iştirak edib.
Bu tədbirlərdə meyvə şirələri, peçenye, vafli, tütün məmulatları, panel radiator, mebel, sement, daş, əhəng, gips, elektrod, sintetik əsaslı boyalar və uşaq bezi kimi 35-dən çox yerli məhsul nümayiş etdirilib. 
2025-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan ölkə xaricinə ixracın həcmi 10,3 milyon ABŞ dolları olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz artım deməkdir. Cari ildə Naxçıvan məhsulları qonşu ölkələrlə yanaşı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və İraq bazarlarına çıxarılmış, həmçinin Tacikistan, Suriya və Fələstin kimi yeni ixrac istiqamətləri formalaşdırılıb.

Nəşr edilib : 14.11.2025 10:48