Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert ser...
11:12 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində Təfsilatlı Tədbirlər Planına uyğun olaraq bir neçə yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işləri aparılır.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”ndən "Şərq qapısı"na verilən məlumata görə, uzunluğu 8.5 km olan Ordubad rayon Kələntərdizə-Qoşadizə, uzunluğu 6.8 km olan Aza-Darkənd və uzunluğu 11.7 km olan Anabad-Gənzə kənddaxili avtomobil yollarında əsaslı təmir zamanı torpaq işləri aparılır, yol yatağı genişləndirilir, yol əsası yenidən tikilir, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına beton kanal çəkilir, su keçidləri inşa edilir və avtomobillərin rahat hərəkəti üçün asfalt örtüyü salınır.
Digər xəbərlər