NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvanda maliyyələşdirilmiş layihələrin 91,7 faizi regionların payına düşüb

...

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, 2026-cı ilin yanvar-may aylarında maliyyələşdirilmiş güzəştli kredit məbləğinin 56,7 faizi kənd təsərrüfatı, 28,4 faizi xidmət, 14,9 faizi isə sənaye sahələrinə yönəldilib.
Qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 91,7 faizi, güzəştli kredit məbləğinin isə 68,1 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Nəşr edilib : 29.06.2026 09:47