Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam ...
16:50 22.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisində martın 15-dən 18-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi yerlərdə arabir 15 m/s-dək güclənəcək. Temperatur axşam saatlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta, gündüz saatlarında isə 3-8 dərəcə isti olacaq.
Digər xəbərlər