Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə ...
19:35 14.12.2025
0
0
0
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və 8 Noyabr – Zəfər Günü ilə bağlı Tədbirlər Planı çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında intellektual oyun keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Oyun məhkumlar arasında bilik səviyyəsini, düşünmə və komandada işləmə bacarıqlarını artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə reallaşdırılıb.
Tədbirdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin kollektivi, Naxçıvan Futbol Federasiyasının rəhbərliyi və məhkumlar iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov bu cür intellektual tədbirlərin məhkumların dünyagörüşünün genişlənməsində, sosial adaptasiya və reinteqrasiya prosesində mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Sonda qalib komandalar kubok və medallarla mükafatlandırılıblar.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və məhkumların intellektual potensialının inkişafına xidmət edən mühüm təşəbbüs kimi qiymətləndirilib.
Digər xəbərlər