Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
16:29 20.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şərur, Babək və Ordubad şəhərlərində muxtar respublikanın rayonları üzrə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektləri ilə görüşlər keçirilib.
Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, görüşlərdə iştirakçılara kameral vergi yoxlaması barədə məlumatlar verilib, bu yoxlamanın vergi bəyannaməsinin təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə münasibətdə isə 30 iş günü müddətində keçirildiyi qeyd olunub. Kameral vergi yoxlaması ilə bağlı göndərilən məktubların, həmçinin digər maarifləndirici məlumatların vergi ödəyiciləri tərəfindən vaxtında oxunmasının, zəruri hallarda cavablandırılmasının vacibliyi, bu məqsədlə vergi ödəyicilərinə məxsus elektron kabinetin mütəmadi olaraq yoxlanılmasının zəruriliyi vergi ödəyicilərinin diqqətinə çatdırılıb.
Sahibkarlar bu sahədə rastlaşdıqları çətinliklər barədə suallar verib və təkliflərini səsləndiriblər.
Digər xəbərlər