NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib

...

İyulun 14-dən Naxçıvanda 2026-2027-ci tədris ili üçün ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, 14-18 iyul tarixlərdə Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində və 11 nömrəli tam orta məktəblərdə yaradılan imtahan mərkəzlərində təşkil olunacaq test imtahanında, ümumilikdə, 1122 namizədin iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının 180 təhsil müəssisəsi üzrə 551 vakant yer çıxarılıb.

Nəşr edilib : 14.07.2026 11:09