Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəy...
12:37 18.09.2026
0
0
0
"Cari ilin 8 ayı ərzində Naxçıvanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz, aktiv vergi ödəyicilərinin sayı isə 14,1 faiz artıb".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu müsbət dinamika qadınların sahibkarlıq fəaliyyətində də özünü göstərir. 2026-cı il 1 sentyabr tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 53 mini ötmüşdür ki, onların da 29 faizini qadınlar təşkil etmiş, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artmışdır.
"Hazırda aktiv vergi ödəyiciləri üzrə qadın sahibkarların 68 faizi kənd təsərrüfatında, 16 faizi xidmət sahəsində, 9 faizi ticarətdə, 7 faizi isə sənaye, tikinti, rabitə və digər sahələrdə fəaliyyət göstərir",–deyə Kazım Hüseynəliyev əlavə edib.
Digər xəbərlər