Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Gör...
15:04 27.08.2026
0
0
0
NAXÇIVAN :
27 Avqust 2026, Cümə axşamı
Naxçıvan Muxtar Respublikasında elektron xidmətlərin əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində növbəti addım atılıb.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də onun tabeliyində fəaliyyət göstərən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin rəsmi internet səhifələri ölkənin vahid identifikasiya sistemi olan “mygov ID” platformasına inteqrasiya edilib.
Yeni inteqrasiya nəticəsində hüquqi və fiziki şəxslər elektron müraciət etmək üçün şəxsi kabinetlərinə daxil olarkən ayrıca login və parol yadda saxlamağa ehtiyac duymurlar. Artıq sistemlərə giriş vahid identifikasiya sistemi olan “mygov ID” vasitəsilə həyata keçirilir.
Bu imkan istifadəçilərə “mygov ID” vasitəsilə təhlükəsiz və rahat şəkildə şəxsi kabinetlərinə daxil olaraq muxtar respublika ərazisində GPON texnologiyasına əsaslanan yüksəksürətli fiber-optik internet xidmətinə qoşulmaq üçün “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-yə elektron qaydada müraciət etməyə imkan verir.
Platforma yalnız internet çəkilişi ilə bağlı müraciətlərin qəbulu üçün nəzərdə tutulmayıb. Vətəndaşlar nazirliyin və mərkəzin fəaliyyət istiqamətlərinə aid müxtəlif məsələlərlə bağlı ərizə, təklif və şikayətlərini də “mygov ID” vasitəsilə təhlükəsiz şəkildə elektron qaydada təqdim edə bilərlər.
Eyni zamanda göndərilmiş müraciətlərin icra vəziyyətini “Müraciətlərim” bölməsindən operativ şəkildə izləmək mümkündür.
Bu yenilik vətəndaşların sistemlərə vahid identifikasiya vasitəsilə daha rahat və təhlükəsiz şəkildə daxil olmasına, müraciətlərin daha operativ və sistemli qəbuluna, müraciət prosesində şəffaflığın artırılmasına, eləcə də xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısının alınmasına geniş imkanlar yaradır.
Digər xəbərlər