NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda sahibkarlara 449 mənşə sertifikatı verilib

...

2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara 449 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd və ya 34 faiz çox olub.

Hesabat dövründə “CT-1” formalı mənşə sertifikatı 343 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 98 ədəd və “A” forma mənşə sertifikatı 8 ədəd təşkil edib.

 

Nəşr edilib : 19.12.2025 14:54