Naxçıvan şəhərində mövcud açıq hava idman qurğular...
16:52 21.07.2026
0
0
0
Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunur.
"Şərq qapısı" Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu çərçivədə 2026-cı ilin yanvar-iyun aylarında 12 sahibkarlıq subyektinə, ümumilikdə, 89 təsdiqedici sənəd təqdim edilib. Həmin sənədlərdən 6-sı texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 83-ü isə xammal və materialların idxalı üçün verilib.
Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 2,2 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən ümumi dəyəri 6,1 milyon manat olan xammal və materiallar rüsumsuz idxal edilib.
Nəticədə, cari ilin ilk 6 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə, ümumilikdə, 2,5 milyon manat məbləğində güzəşt əldə ediblər.
Digər xəbərlər