Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Cari ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artaraq 97-yə çatıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 3,4 dəfə artaraq 8,2 milyon manat təşkil edib.
Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 68,0 faizi sənaye, 20,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 11,7 faizi xidmət sahələrinə yönəldilib.
Digər xəbərlər