NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəllim yüksək nəticə göstərib

...

Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanının ilk gününün nəticələri məlum olub. İmtahanda iştirak edən 753 təhsilverəndən 352-si, yəni 46,7 faizi 51-60 bal aralığında nəticə göstərib.
“Şərq qapısı” xəbər verir ki, ümumilikdə, imtahana cəlb olunan 760 müəllimdən 753-ü iştirak edib ki, bu da 99 faiz iştirak göstəricisi deməkdir.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində 6 namizəd maksimum nəticə – 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.
Məlumat üçün bildirək ki, mayın 3-də isə riyaziyyat, kimya və biologiya fənləri üzrə 612  təhsilverənin test imtahanında iştirakı nəzərdə tutulur.

Nəşr edilib : 02.05.2026 21:55