NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Naxçıvanda temperatur 38 dərəcəyədək yüksələcək

...

Əvvəlcədən verilən proqnoza əsasən 7-9 avqust tarixlərdə Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

"Şərq qapısı" xəbər verir ki, avqustun 9-u bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Şərq küləyi 15-18 m/s, bəzi yerlərdə isə arabir 20-23 m/s-dək güclənəcək.
Havanın maksimal temperaturunun 33-38° isti, gecə saatlarında isə 20-25° isti olacağı proqnozlaşdırılır.
Güclü külək müşahidə oluna biləcəyindən vətəndaşlara ehtiyatlı olmaları tövsiyə edilir.

Nəşr edilib : 07.08.2026 14:00