NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Naxçıvanda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il mayın 21-dən 27-dək bütün dünyada “Türk mətbəxi həftəsi” keçirilir.

"Şərq qapısı" xəbər verir ki, “Türk mətbəxi həftəsi” çərçivəsində mayın 22-də Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun iqamətgahında tədbir təşkil olunub. Tədbirdə dövlət, hökumət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ölkəsinin zəngin ənənələrindən danışıb. Vurğulayıb ki, "Türk mətbəxi həftəsi” Türkiyənin ənənələrini, zəngin mətbəxini dünyaya tanıdan bir nümunədir.

Tədbirdə türk mətbəxinin tarixindən bəhs olunub və bu mətbəxə aid təamlar təqdim edilib.

Nəşr edilib : 22.05.2025 15:55