Birinci rübdə 80 minədək mülkiyyət hüququnun dövlə...
15:37 21.04.2026
0
0
0
2025-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 199 milyon 772 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Statistika Komitəsindən "Şərq qapısı"na verilən məlumata görə, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,8 faiz artaraq 2544,0 manat olub.
Eyni zamanda cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 378 milyon 390 min 300 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 15,9 faiz çoxdur. Sənaye məhsulunun 310 milyon 693 min 700 manatı və ya 82,1 faizi malların, 67 milyon 696 min 600 manatı və ya 17,9 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,6 faizi emal, 20,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Digər xəbərlər