NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda ümumi daxili məhsul istehsalı 5 faiz artıb

...

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 64 milyon 589 min 400 manat olub.

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur.

Həmin dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4,5 faiz artaraq 2257,9 manat olub.

Nəşr edilib : 11.09.2025 13:44