NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Naxçıvanda vergi daxilolmaları 2,8 faiz artıb

...

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 79,5 milyon manatdan artıq vergi daxil olub.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,8 faiz və ya 2,2 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 57,3 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,4 faiz və ya 4,9 milyon manat artıb.

Ödənilən vergilərin 72,0 faizi qeyri-dövlət sektorunun, 28,0 faizi isə dövlət sektorunun payına düşüb. Bundan başqa, 2026-cı ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 1,6 milyon manata yaxın olub.

Nəşr edilib : 07.05.2026 14:46