Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvərlik t...
19:28 26.06.2026
0
0
0
Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 19 min 524 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 28 min 467 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Ümumi xidmətlərin 83 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Yanvar-may aylarında vergi ödəyicilərinə 570 min 131 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, vergi ödəyiciləri ilə 54 görüş keçirilib, 314 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2025 müraciət üzrə 3450 “Asan İmza” sertifikatı verilib.
Digər xəbərlər