Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Cari ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 38 min 533 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 52 min 591 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Ümumi xidmətlərin 86 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbzin verilməsi;
"Asan imza" sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergiödəyicisinə arayışların verilməsi;
Vergiödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
Yanvar-oktyabr aylarında vergi ödəyicilərinə 666 001 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 415 sayda ünvanlı xidmət göstərilib.
Cari ilin yanvar-oktyabr ayları ərzində 3 092 müraciət üzrə 5 523 "Asan imza" sertifikatı verilib.
Digər xəbərlər