Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndini ...
22:53 01.05.2025
0
0
0
Cari ilin yanvar-mart aylarında Naxçıvanda vergi orqanlarına, ümumilikdə, 393 müraciət daxil olub. Müraciətlərin 88 faizini ərizələr, 12 faizini şikayətlər təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, onların 95,7 faizinin baxılması dövr ərzində başa çatdırılıb, 4,3 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,2 faizi həll olunub, 3,7 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Rüb ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən, ümumilikdə, 87 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.
Digər xəbərlər