NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 24,3 faiz artıb

...

Bu ilin yanvar-oktyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur. 

Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,7 milyon manatdan çox olub.

Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3 faiz çoxdur.

Nəşr edilib : 13.11.2025 14:56