NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Naxçıvanda yeni qurum yaradılıb

...

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsi yaradılıb. 
18 iyun tarixdə keçirilən təqdimat mərasimində regional bölməyə yeni rəis də təyin edilib. Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmri ilə Səttar Şəmsəddin oğlu Nəsirov 14 saylı Naxçıvan Regional Bölməsinin rəisi təyin olunub. Digər əmrlə Sabir Rzayev qurumun rəis müavini təyin edilib.

Nəşr edilib : 18.06.2025 11:31