NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvandan 4 karateçi beynəlxalq turnirin mükafatçısı olub

...

19-21 sentyabr tarixlərdə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində karate idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və U21 yaş kateqoriyalarını əhatə edən “Olimpiya ümidləri” beynəlxalq turniri keçirilib. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan yarış III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır. 
Turnirə “Naxçıvan” Karate Klubunun 5 idmançısı qatılıb. Təmsilçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. 
8-9 yaşlı qızlar arasında -30 kq çəki dərəcəsi üzrə çıxış edən Sona Nəcəfbəyli qızıl medala sahib çıxıb. Fatimə Bağırzadə (10-11 yaş, -40 kq) ikinci, Elgün Zeynalov (16-17 yaş, -68 kq) və Güllər Hüseynova (14-15 yaş, +61 kq ) isə üçüncü olublar.

Nəşr edilib : 22.09.2025 14:33