NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 29,2 faiz artıb

...

"Şərq qapısı" xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti muxtar respublikadan ixrac olunan mallara 411 mənşə sertifikatı verib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz artıb.
Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 317 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 86 ədəd və “A” forma mənşə sertifikatı 8 ədəd təşkil edib.

Nəşr edilib : 14.11.2025 10:36