Əziz Naxçıvanlılar və şəhərimizin qonaqları!...
20:09 20.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Namiq Əlizadə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan kəmər güləşi üzrə açıq birincilikdə uğur qazanıb. Bakı şəhərində keçirilən yarışda 2007-2008-ci il təvəllüdlü idmançılarla mübarizə aparan Namiq 65 kq çəki dərəcəsi üzrə qızıl medala sahib olub.
Öz bacarığı ilə yığma komandanın məşqçi heyətindən etimad qazanan idmançı kəmər güləşi üzrə dünya çempionatında iştirak edəcək milli komandamızın heyətinə daxil edilib.
Qeyd edək ki, dünya çempionatı iyun ayında Tatarıstanda təşkil olunacaq.
Digər xəbərlər