Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüş...
19:51 19.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open" WAKO dünya kubokunda ölkəmizi Azərbaycan Kikboksinq Federasiyasının 82 idmançı, 10 məşqçi, 6 hakimdən ibarət yığma heyəti təmsil edib. Millimiz 17-si qızıl, 16-sı gümüş və 16-sı bürünc olmaqla, ümumilikdə, 49 medal ilə komanda hesabında üçüncü olub.
Yığmanın heyətində Naxçıvanda fəaliyyət göstərən “Ləvənt” Döyüş Klubunun təsisçisi və məşqçisi Etibar Qəribov, idmançılardan Qənbər Nəqiyev və Hüseyn Behbudov da olub.
Nəticələrə gəlincə, ilk dəfə beynəlxalq səviyyəli yarışda iştirak etməsinə baxmayaraq, Hüseyn Behbudov (37 kq) 2014-cü il təvəllüdlü kikboksçular arasında “point fight” versiyasında qızıl medal qazanıb.
Klubun təcrübəli idmançısı Qənbər Nəqiyev (60 kq) isə böyüklər arasında “low kick” versiyası üzrə bürünc medala layiq görülüb.
Digər xəbərlər