Naxçıvanda daha bir mühüm konfrans
23:23 13.05.2025
0
0
0
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mayın 13-də mükafatlandırılma mərasimi keçirilib.
Müsabiqədə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən Şərur rayon Cəlilkənd tam orta məktəbinin IX sinif şagirdi Əsmər Rüstəmova I, Heydər Əliyev adına tam orta məktəbinin IX sinif şagirdi Raziyə Rəhimova II, Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Səma İsmayılova isə III yerin qalibi olublar.
Tədbirdə iştirak edən məktəblilərimizə də mükafatlar təqdim olunub.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Digər xəbərlər