NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının  daimi nümayəndəliyi ləğv edilib

“Şərq qapısı”nın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən Naxçıvan İqtisadiyyat Nazirliyi bu sənədə əsasən Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin (bundan sonra — daimi nümayəndəlik) ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində nazirliyin, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin və daimi nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.

Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib.

Nəşr edilib : 06.11.2026 17:46