AQTA və Gürcüstanın Milli Qida Agentliyi identifik...
17:20 30.07.2026
0
0
0
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, iyulun 31-də 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasında “AzərEnerji” ASC-nin "Naxçıvan Enerji" MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və Xalçaçılıq 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bununla əlaqədar iyulun 31-də saat 01:30-dan 02:00-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində, Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
Təmir və yenidənqurma işləri başa çatdırıldıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər