NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvanın bəzi ərazilərində su olmayacaq

...

“Şərq qapısı” xəbər verir ki, diametri 355 mm olan magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 10 iyul saat 00:00 tarixdən etibarən Naxçıvan şəhərinin bəzi ərazilərinin – Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında gün ərzində müvəqqəti fasilə yaranacaq. Qəza bərpa olunduqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Nəşr edilib : 07.07.2026 16:57