NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanın dəmiryol infrastrukturunun bərpasına qısa zamanda başlanılacaq

...

“Bu gün ilk sərnişinlərini daşımış Bakı–Ağdam–Bakı dəmir yolu reysi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı,
Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə, əlçatanlığa, bütövlükdə Böyük Qayıdışa mühüm töhfə verəcək”.
"Şərq qapısı" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Nicat Quliyev Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbir zamanı deyib.
Nicat Quliyev qeyd edib ki, Türkiyə Respublikasında da Naxçıvanla sərhəddə Zəngəzur dəhlizinə birləşəcək Qars-Iğdır-Aralıq-Dilucu dəmiryol xəttinin təməli qoyulub. Bu baxımdan, Naxçıvanın dəmiryol infrastrukturunun bərpası ölkəmizin ali rəhbərliyi tərəfindən prioritet məsələ elan edilib və ADY olaraq ən qısa zamanda bu istiqamətdə işə başlamağı planlaşdırılır.

Nəşr edilib : 30.08.2025 15:25