Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq X...
18:51 11.08.2026
0
0
0
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “Təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrinə 2255 kompüter təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, kompüterlər şagird sayı çox olan Naxçıvan şəhəri və rayon mərkəzlərində yerləşən ümumtəhsil məktəblərinə paylanılıb.
Qeyd edək ki, bu addım təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, rəqəmsal təhsil imkanlarının genişləndirilməsinə və şagird-kompüter nisbətinin ölkə üzrə orta göstəriciyə (6:1) uyğunlaşdırılmasına xidmət edir.
Digər xəbərlər