Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
"Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvanı da “yaşıl enerji zonası" elan etməsi muxtar respublikanın enerji potensialından xəbər verir. Bugünkü maarifləndirilmə tədbirinin keçirilməsində əsas məqsəd Naxçıvanın "yaşıl enerji zonası" kimi tanınması, şəhərin bərpa olunan enerji potensialı, sözügedən sahə üzrə burada həyata keçirilən layihələr haqqında və gələcək perspektivlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Davamlı inkişaf hədəflərinə nail olmaq üçün dövlət qurumlarının, özəl sektorun və yerli icmaların birgə səylərinin vacibliyi bir daha vurğulanır və qarşıdakı mərhələdə bu istiqamətdə daha geniş əməkdaşlıq imkanlarının yaranacağı gözlənilir".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev deyib.
O qeyd edib ki, bərpa olunan enerjinin Naxçıvanda inkişaf prosesi dövlət başçısının “yaşıl enerji zonası" ilə bağlı strateji baxışına uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi “Yaşıl Enerji Zonası” Konsepsiyası və onun icrasını təmin edən Tədbirlər Planı hazırlanıb. Konsepsiya Naxçıvanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun qurulmasını, enerji ixrac imkanlarının artırılmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir.
"Qeyd etmək lazımdır ki, Naxçıvanın “yaşıl enerji zonası" kimi inkişafı təkcə energetika sahəsində deyil, regionun ümumi sosial-iqtisadi həyatında da yeni imkanlar açır. Bu proses, innovativ həllərin tətbiqini, resurslardan səmərəli istifadənin genişlənməsini və uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsini hədəfləyir. Qarşıdakı dövrdə həyata keçiriləcək addımlar Naxçıvanın ölkənin enerji xəritəsində strateji mövqeyini daha da gücləndirəcək və regionun modernləşmə istiqamətində mühüm irəliləyişinə xidmət edəcək", – deyə Kamal Hacıyev əlavə edib.
Digər xəbərlər