NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanlı güləşçilər respublika turnirində 8 medal qazandılar

...

Abşeron Olimpiya İdman Kompleksində idman ustası İlkin Əsgərovun xatirəsinə həsr olunmuş yunan-Roma və sərbəst güləş idman növü üzrə yeniyetmələr və böyüklər arasında respublika turniri keçirilib. İki gün davam edən yarışlarda ölkənin müxtəlif idman məktəbləri, cəmiyyət və klublarını təmsil edən 20-dən artıq komanda iştirak edib.

Turnirə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbindən (UGİM) məşqçi Nihad Muradovun rəhbərliyi ilə 8 idmançı qatılıb. İdmançılar 1-i qızıl, 5-i gümüş, 2-si bürünc olmaqla, ümumilikdə, 8 medal qazanıblar. 

2014-2016-cı il təvəllüdlü idmançılar arasında Şamxal Əlizadə 48 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Eyni yaş qrupu üzrə Fuad İsgəndərli (38 kq), Şahin Əsgərli (41 kq) və Sadiq Şahgeldiyev (55 kq) gümüş medal, Ramazan Məmmədli isə (26 kq) bürünc medal qazanıb. 2011-2013-cü il təvəllüdlü güləşçilərdən isə Əli Quliyev (41 kq) və Məcnun Abbasov (48 kq) gümüş, Alcəfər Musayev isə (48 kq) bürünc medalın sahibi olub.

Nəşr edilib : 25.09.2025 15:43