NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanlı idmançılar MDB Oyunlarını 3 medalla başa vurdu

...

Azərbaycanın 15 yaşadək qızlardan ibarət voleybol millisi ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarında Özbəkistan millisi ilə üçüncülük görüşünə çıxıb. Voleybolçularımız rəqibə 3:1 hesabı ilə qalib gələrək bürünc medalların sahibi olublar.

Komandanın heyətində çıxış edən naxçıvanlı voleybolçular Ülviyə Orucova, Kəmalə Mahmudlu və köməkçi məşqçi qismində Pərvin Səfərli də bürünc medal sevinci yaşayıblar. 

Qeyd edək ki, bundan öncə naxçıvanlı idmançılardan boksçu Haqverdi Həsənov da bürünc medal qazanmışdı.

Nəşr edilib : 06.10.2025 17:38